Polİs Akademİyasının rəİsİ bu vİdeoya görə İşdən qovuldu: Biz bratvayıq, bandayıq.. VİDEO


Dünya 05 Yan 2019 19:44:00 435 0

Polİs Akademİyasının rəİsİ bu vİdeoya görə İşdən qovuldu: Biz bratvayıq, bandayıq..  VİDEO

Qazaxıstan Polis Akademiyasının rəisi Yeni il gecəsi sosial şəbəkələrdə yayılmış qalmaqallı videotəbrikə görə işdən qovulub. Qazaxıstan Daxili İşlər Nazirliyi yanvarın 4-də bildirib ki, general Can  Kenjetayev  Karakanda şəhərində yerləşən polis akademiyasının rəhbəri vəzifəsindən azad olunub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, onun vəzifədən çıxarılmasından bir gün əvvəl DİN-in sözçüsü Almas Sadubaev Facebook-da yazırdı ki, akademiya rəhbərinin kadetlərlə iş üzrə müavini Askar Tastaybekov "dövlət xidmətini gözdən salan hərəkətə yol verib".

Hakimiyyət orqanları bildirirlər ki, Tastaybekovun  göründüyü video dekabrın 31-də çəkilib. Videoda Tastaybekov  firavan Qazaxıstan arzu edir ki, bunun hesabına polis "bratvasının" (kriminal dildə qardaşlıq) qarşıdan gələn nəsilləri də  firavan yaşasın.

O sonra 1990-cı illərdə göstərilmiş Rusiya kriminal filmindəki "Antibiotik" ləqəbli personajdan sitat gətirir: "Gəlin bizim dostluğumuz təmənnasız olsun...Biz heç bir təşəkkür gözləmədən işləyək, çünki biz "bratvayıq", sadə desəm, bandayıq. Qoy Qazaxıstan və ailələrimiz çiçəklənsin. Urra yoldaşlar!"