Abbas Lisani yenidən saxlanıldı


Dünya 05 Yan 2019 19:12:00 416 0

Abbas Lisani yenidən saxlanıldı

Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Güney Azərbaycana bağlı saytlar məlumat yayıb.

Fəalın yaxınlarının dediyinə görə, o, yanvarın 5-də Ərdəbildə evindən işə gedərkən yaxalanıb.

Onun saxlanmasının təfərrüatı barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Ərdəbil İnqilab Məhkəməsi 2018-ci il dekabrın 31-də fəala SMS göndərərək Babək qalası mərasimi ilə bağlı dosyeyə görə 10 ay həbs cəzasına məhkum edildiyini bildirib. Bundan əvvəl hökmlə bağlı dəqiq məlumat olmadığı üçün fəalın ailəsi məhkəmə hökmlərini icra edən şöbəsinə müraciət edib.