İnsanların qorxduğu 3 məsələ... ­–


Digərləri 05 Yan 2019 19:16:00 248 0

İnsanların qorxduğu 3 məsələ... ­–

Cəmiyyəti və hislərimizi nəzərdən keçirəndə görürük ki, insanlar güvənməkdən, həqiqəti deməkdən və özü olmaqdan qorxurlar.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu qorxuların səbəbləri və onlarla mübarizə yolları barədə psixoloq Aygün Cəfərova məlumat verib.

O bildirib ki, ilk olaraq başqasına etibar etməkdən qorxuruq: "Geridə qoyduğumuz həyat yolu dost xəyanəti, yalan ,saxtakarlıq və məyusluqla dolu olur. Həyat bizə dərslər verib və bu dərslərdən aldığımız yaraları sağaltmaq çətindir.

İnsanlara güvənmək gündən-günə çətinləşir, zaman ötdükcə güvənc hissimizi itiririk. Yaş artdıqca insanları daha tez tanımağı və məqsədlərini anlamağı öyrənirik. Bu təcrübə və biliklərlə yaşamaq çətinləşir, lakin bunun sayəsində daha da müdrikləşdiyimiz sirr deyil.

Qəlbimizin isə qəribə bir xüsusiyyəti var - o, bir gün mütləq sağalır.

Bunun baş verməsi üçün isə insanlardan uzaq durmamaq lazımdır. Nə baş verməsindən asılı olmayaraq sevmək və sevilmək gərəkdir.

Bir və ya bir neçə insana görə bütün insanlıq haqqında hökm çıxarmayın. İnsanlara şans verin, lakin bu dəfə daha ağıllı və ehtiyatlı seçim etməyə çalışın".