Onurğa şişləri insanın iflicinə səbəb ola bilər


Digərləri 05 Yan 2019 19:07:00 243 0

Onurğa şişləri insanın iflicinə səbəb ola bilər

Onurğa şişləri nə üçün yaranır? Sağlamlığa necə təsir edir? Müalicə olunurmu və ya, mütləq əməliyyat olunmalıdır?

Onurğa şişləri onurğa və onurğa beynini əmələ gətirən sümük, sinir və yumşaq toxumanın hər hansı bir hissəsində yaranır. Şişlər əsasən onurğanın boyun, kürək, bel və büzdüm kimi bölgələrində inkişaf edə bilər.   Onurğa şişləri bədxassəli və xoşxassəli olur.

Son.az medicina.az-a istinadən bildirir ki, bədənin bir çox nahiyyələrində olan xoş xassəli şişlər narahatlığa və ağrıya səbəb olmaya bilər. Amma onurğada yaranan şiş xoş xassəli olsa belə ağrı, nevroloji problemlərə, hətta ifliclə nəticələnə bilər.

Onun yaranma səbəbləri dəqiq bilinmir, amma burda bir sıra ekoloji və genetik faktorların rol oynadığı məlumdur.

Spinal şişlər üç qrupa bölünür: sümük və toxumalarda inkişaf edən şişlər, sərt qişa ilə onurğa beyni arasında yerləşən şişlər və onurğa beyninin daxilində yaranan şişlər.

Xoşxassəli onurğa şişlərinin inkişafı bir qədər ləng gedir. Bu xəstələrdə ilk növbədə şişin basqısı nəticəsində ağrı yaranır. Şiş tədricən inkişaf etdikcə müxtəlif simptomlar, yəni xəstədə ağrıdan əlavə hərəkət pozğunluqları da yaranır. Məsələn, aşağı ətraflarda, ətraflardan birində, ya da ikisində zəiflik yaranması mümkündür. Bundan başqa, hissiyyat pozğunluğu da ortaya çıxar. Yəni şişin basqısı nəticəsində aşağı ətraflarda, yaxud da sinirin irradiasiya etdiyi sahələrdə keylik, hissiyyatın zəifləməsi yaranır. Bu hal onurğa şişlərində xarakterikdir.

Onurğa şişləri çanaq üzvləri orqanlarının funksiyalarının pozğunluqlarına da səbəb ola bilər. Sidik ifrazının pozulması, sidik qaçırma, defekasiya aktının qeyri-iradi olmasını da şişin əlamətlərindəndir.