Homoseksual ərdən AĞLASIĞMAZ ƏMƏL: kişi sevgilisi ilə yaşmaq üçün arvadını öldürdü FOTO


Dünya 05 Yan 2019 18:50:00 344 0

Homoseksual ərdən AĞLASIĞMAZ ƏMƏL: kişi sevgilisi ilə yaşmaq üçün arvadını öldürdü  FOTO

İngiltərədə homoseksual kişi sevgilisi ilə birlikdə olmaq üçün 34 yaşlı arvadını öldürüb.

Son.az publika.az-a istinadən xəbər verir ki, İngiltərədə yaşayan 37 yaşlı Miteş Patel Avstraliyada yaşayan kişi sevgilisi üçün arvadını torba ilə boğaraq öldürüb, hadisəni oğurluq cinayəti kimi qələmə verib.

O, əvvəlcə arvadını öldürüb, sonra da onun 400 min dollara yaxın həyat sığortasını evdən oğurlayıb. Bununla da cinayətin evə oğurluğa girən şəxslər tərəfindən törədildiyi barədə fikir formalaşdırmağa çalışıb.

Ancaq polislər hadisəni araşdırıb və cinayəti üzə çıxarıb. Polislərə kömək edən isə gün ərzindəki qatilin bütün hərəkətlərini qeydə alan telefon proqramı olub.


Xəbərə aid fotolar