Bərdədə qəbristanlıqlardan oğurluq edən şəxs saxlanılıb


Digərləri 05 Yan 2019 17:25:52 483 0

Bərdədə qəbristanlıqlardan oğurluq edən şəxs saxlanılıb

Bərdə rayonunun Kətəlparaq kənd qəbristanlığında məzarların üzərindən bəzək əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Bərdədə kənd qəbristanlıqlarında oğurluq olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kətəlparaq kənd qəbristanlığında məzarların üzərindən bəzək əşyaları oğurlamaqda şübhəli bilinən Qaratəpə kənd sakini Elşən Şadmanov saxlanılıb.