Gürcüstanda siqaret bahalaşdı


Dünya 05 Yan 2019 16:30:00 372 0

Gürcüstanda siqaret bahalaşdı

Gürcüstanda siqaretin qiyməti artıb.

Son.az report-a istinadən bildirir ki, tütün məmulatlarının satıldığı kiosklarda müxtəlif markalı siqaretlərin qiyməti orta hesabla 50 tetri (0,18 dollar) bahalaşıb.

Siqaretin bahalaşması ötən ilin sonunda ölkənin Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədardır. Belə ki, yanvarın 1-dən etibarən idxal olunmuş filtrli siqaretlərə tətbiq olunan vergi artırılıb. Dəyişikliklərə əsasən, şirkətlər dövlətə siqaret qutusunun dəyərinin 10%-ni deyil, 30%-ni ödəməli olacaqlar.