Azərbaycanlı gənc Rumıniyada partiya rəhbərliyinə iddialıdır


Digərləri 05 Yan 2019 16:01:00 246 0

Azərbaycanlı gənc Rumıniyada partiya rəhbərliyinə iddialıdır

“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı Rumıniyada partiya rəhbərliyinə iddialıdır.

Bakı. “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı Rumıniyada partiya rəhbərliyinə iddialıdır. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı, yaşadıqları cəmiyyətə inteqrasiya etməsi günün vacib tələblərindəndir. Artıq, xaricdə yaşayan bəzi soydaşlarımız var ki, onların ictimai-siyasi fəaliyyətləri diqqəti cəlb edir və daim qürurla izlənir. Belə soydaşlarımızdan biri də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı, “Azərbaycan Diaspor Gəncləri” təşkilatının Sosial Media Qrupunun aktiv üzvü, 20 ilə yaxındır Rumıniyada yaşayan soydaşımız Kamran Allahverdiyevdir. K.Allahverdiyev Rumıniyada yaşasa da öz doğma dilində və türk dilində, eləcə də ingilis, alman və rumın dillərində sərbəst danışa bilir. Gənc olmasına baxmayaraq Rumıniyada aktiv ictimai-siyasi fəaliyyətlə də məşğul olur, siyasət adamları ilə görüşür, müzakirələr aparır və bir sıra layihələrdə onlarla əməkdaşlıq edir.