Yıxılmışam dedi, bıçaqlandığı məlum oldu


Kriminal 05 Yan 2019 15:55:00 490 0

Yıxılmışam dedi, bıçaqlandığı məlum oldu

Bakıda kafedə bıçaqlanma olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Xəlilov İlham Bayram oğlu bədəninin kəsilmiş-deşilmiş yarası ilə 3 saylı şəhər Klinik Xəstəxanasına gətirilib.

Yaralı polisə bildirib ki, guya evlərində yıxılaraq xəsarət alıb.

Araşdırmalar zamanı məlum olub ki, yaralı polisə yalan məlumat verib.