Nazir müavini: "Neftin potensial müştəriləri artıb"


Dünya 05 Yan 2019 15:11:00 244 0

Nazir müavini: "Neftin potensial müştəriləri artıb"

ABŞ-ın təzyiqinə baxmayaraq, İran neftinin potensial müştərilərinin sayı əvvəlki illərlə müqayisədə daha da artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Əmir Hüseyn Zamaniniya deyib.

Nazir müavininin sözlərinə görə, İranın Milli Neft Şirkəti dörd onillik sanksiyalar dövründə neft satışı üçün peşəkar mexanizmlər hazırlayıb. Yaxın aylarda İran və Pakistan neft nazirlərinin görüşünün baş tutması və müqavilənin imzalanması gözlənilir: