Siqareti necə tərgitmək olar? “Başlıca işimiz lazımi nöqtələrə iynə batırmaqdır”


Digərləri 05 Yan 2019 14:08:00 266 0

Siqareti necə tərgitmək olar?  “Başlıca işimiz lazımi nöqtələrə iynə batırmaqdır”

Zövq aldığımız siqaret bizə sonra çox baha başa gəlir. İnsanın nəfəs yollarına, ağciyərə kəskin ziyan vurur, ürək xəstəliyi və insult riskini artırır. Çoxları bu ziyanlı əşyadan canını qurtarmaq istəsə belə, bunu bacarmır. Onun təsirindən çıxa bilmir.  Amma mütəxəssislər çox asan yollar təklif edirlər. Yəni bir növ bu bəladan qurtarmaq elə də çətin deyil. Elə nevropatoloq Azər Məmmədov da siqaretdən  qurtulmağın asan yolunu təklif edir.

Son.az modern.az-a istinadən nevropatoloqla müsahibəni təqdim edir:

- Siqaretin ziyanından çox danışılır, amma ondan imtina etmək elə də asan başa gəlmir. Niyə?

- Bu gün dünyada insan üçün ən ciddi problemlərdən biri tütündür. Bəli, gecə-gündüz tütün əleyhinə danışılır, maarifləndirmə aparılır, amma baxırıq ki, ondan istifadə azalmaq əvəzinə artır. Uzun illərdir ki, həkimlər həyəcan təbili çalırlar ki, siqaret ağciyər və ürək-damar xəstəliklərinin inkişafına, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə səbəb olur. Hər il nikotindən 6 milyona yaxın insan dünyasını dəyişir. 2020-ci ildə isə bu rəqəmin 2 dəfə artacağı gözlənilir. Siqaret 1-ci nəfəs yollarına daxil olduğundan ona ziyan vurur.

Siqareti tərgitmək bir az səbr və inam tələb edir. Biz indi yeni bir üsulla bu bəladan qurtarmağın yollarını təqim edirik.  Bu yaxınlarda mən siqareti çox böyük həvəslə istifadə edən bir xanıma dedim ki, bu ziyanlı əşyadan istəsəniz sizi xilas edə bilərəm. Dedi: "Nə danışırsınız. Mən siqaretdən zövq alıram". Bir şey deyə bilərəm ki, bu nikotinin insan orqanizminə necə ziyan vurduğunu çoxları bilmir.

- Siqaret daha çox hansı xəstəliyə səbəb olur? Bir də siqaretin səbəb olduğu və ürək əməliyyatı keçirən pasiyent yenə də siqaret çəkir və bundan uzaqlaşa bilmədiyini deyir...  

- Siqaret ürək-damar sisteminə mənfi təsir edir. Damar keçiriciliyini zəiflədir, kapilyar damarlarda qanın axmasını pozur, yəni hipoksiya əmələ gətirir. Siqaretin törətdiyi qorxulu xəstəliklərdən biri də infarktdır. Tütün məhsullarından istifadə edən şəxslərin ürəyində qan dövranı azalır və ürəyin fəaliyyəti zəifləməyə başlayır. Nikotin qan təzyiqinə səbəb olur, nəticədə insan infarkt keçirir. İnfarkt keçirən xəstələrin əksəriyyəti siqaret çəkənlərdir. İndi təsəvvür edin ki, həmin insanlar əməliyyat olunub və yenidən siqaret çəkirlər. Bu nə deməkdir? Bu onların ömrünün qısalması deməkdir.  Xəstəliyin kəskinləməsi deməkdir.

- Siqaret çəkən adamın yanında duran adam da elə bil ki, siqaret çəkmiş hesab olunur. Bu doğrudurmu?

- Bəli, tam doğrudur.  Biz buna passiv şəkildə yayılma deyirik. Siqaret çəkən şəxslə təmasda olanda  tütünün zəhərli maddələri insan orqanizminə daxil olur ki, bu da  passiv tütün çəkmə adlanır. Bundan ən çox əziyyət çəkənlər isə uşaqlardır. Siqaretin fəsadlarının nə demək olduğunu bilməyən uşaqlar onun tüstüsünü qəbul edirlər. Bu onların hələ tam formalaşmayan orqanizminə dəhşətli dərəcədə mənfi təsir göstərir. Gələcəkdə bir çox xəstəliklərin yaranmasını sürətləndirir. Əgər hər hansı valideyn siqaret çəkirsə, öz  övladı ilə təmasda olarkən nəfəs alanda belə uşağa mənfi təsir göstərir, onu infeksiyalara yoluxdurur.

- Hamilə qadınlar da siqaret çəkir. Onlar yəni bu qədər acizdirlər və anlamırlar ki, bətnlərindəki körpəyə bu ziyandır?