NyuYorkda "Trump Tower" qarşısındakı küçəyə Obamanın adının verilməsi təklif edilib


Dünya 05 Yan 2019 13:19:00 264 0

NyuYorkda "Trump Tower" qarşısındakı küçəyə Obamanın adının verilməsi təklif edilib

ABŞ-da Nyu-York şəhərindəki "Trump Tower"in qarşısındakı küçəyə ABŞ-ın sabiq prezidenti Barak Obamanın adının verilməsinin təklif edildiyi petisiya yaradılıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "The Hill" yazıb.

Məlumata görə, Beşinci avenyuda 56-cı və 57-ci küçələr arasındakı ərazinin Obamanın şərəfinə adlandırılması təklif olunur.