"Gördüm orada kəsilmiş boru var. Geri qayıdıb ardını da mən kəsib götürdüm" Boru oğrusunun


Kriminal 05 Yan 2019 12:18:00 534 0

"Gördüm orada kəsilmiş boru var. Geri qayıdıb ardını da mən kəsib götürdüm"  Boru oğrusunun

Tərtər Regional Qaz İstismar İdarəsi Tərtər Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək Evoğlu kənd ərazisində yerləşən qaz borularının oğurlandığı barədə məlumat verib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübəli bilinən kənd sakini Hüseyn İsmayılov saxlanılıb. Onun Tərtər Rayon Qaz İstismar İdarəsinin balansında olan ümumi uzunluğu 60 metrə yaxın qaz borularını oğurladığı müəyyən edilib. H. İsmayılovun həyatyanı sahəsinə baxış keçirilən zaman torpağa basdırdığı qaz boruları tapılaraq maddi sübut kimi götürülüb. Hüseyn İsmayılov - saxlanılan şəxs: "Axşam gəlirdim gördüm orada kəsilmiş boru var. Kimsə kəsmişdi, geri qayıdıb ardını da mən kəsib götürdüm. Tutduğum işdən peşmanam. Bir daha belə hadisə olmaz". Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar