Britaniya şahzadəsi Norveçə gedir: Rusiyaya qarşı “döyüş"...


Dünya 05 Yan 2019 12:02:00 540 0

Britaniya şahzadəsi Norveçə gedir: Rusiyaya qarşı “döyüş"...

Britaniya şahzadəsi Harri Norveçdə Britaniya Kral Dəniz Piyadaları Korpusunun Rusiyaya qarşı keçirdiyi təlimdə iştirak edəcək.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Deyli Mirror" qəzeti özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Şahzadənin Norveçdə 12 həftə davam edəcək təlimdə 1000 elit dəniz piyadası ilə birgə iştirak edəcəyi vurğulanıb. Qəzetin mənbəsi bunun təlimdəki britaniyalı hərbçilər üçün müsbət siqnal olacağını deyib.