317 kilo çəkili kişi:


Digərləri 05 Yan 2019 11:56:00 335 0

317 kilo çəkili kişi:

Ölənədək yeyəcəyəm. Bu, mənim həyat tərzimdir.

ABŞ-ın Corciya ştatındakı Atlanta şəhərində yaşayan 34 yaşlı Keysi Kinq TLC telekanalındakı "Family by the Ton" realiti-serialın yeni qəhrəmanıdır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, çəkisi 317,5 kq olan Keysi işsizdir. O, həyətdə qoyulmuş çox böyük vannada çimir. Daha doğrusu, tərpənməyə çətinlik çəkən, sanki ləngər vuran piylərdən ibarət Keysini atası Denni çimizdirir.

"Atam belimi, kürəyimi yuyur, sonra məni qurulayır. Otağımda çılpaq otururam, çünki paltar məni sıxır. Səhər tezdən durmuram. Təxminən saat 12-də ayılıram, yemək yeyirəm, sonra televizora baxıram, ya da oyun oynayıram", - K.Kinq deyib.

Kinqin dediyinə görə, havalar isti olduğundan çarpayıda daim lüt oturur. Evdən eşiyə çıxmadığından ətraf aləmlə əlaqəsi yalnız televizor və telefon vasitəsilə olan Keysi həyatından narazıdır.