Bu şəxslər avtomobil idarə edə bilməyəcək


Digərləri 05 Yan 2019 11:23:00 253 0

Bu şəxslər avtomobil idarə edə bilməyəcək

Nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin siyahısı hazırlanacaq. 

Bu barədə məlumat "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün" Dövlət Proqramında yer alıb.

Sənədə əsasən, nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısının təsdiq ediləcək.

Məsələnin həlli istiqaməti aidiyyəti qurumlarına tapşırılıb.

Son.az xəbər verir ki, professor Adil Qeybulla oxu.az-a açıqlamasında bildirib ki, avtomobil idarəçiliyi çox ciddi məsələdir:

"Psixi, nevroloji xəstəliyi olan şəxslər avtomobil idarə etmədən azad olunmalıdırlar. Bir insan şizofreniya xəstəliyindən əziyyət çəkirsə, niyə maşın sürsün? Görmə problemi olan insanlar da hazırlanacaq yeni siyahıya daxil edilməlidir. Bu cür qayda Avropa ölkələrində var".