Binəqədidə yanğın olub


Digərləri 05 Yan 2019 11:18:00 285 0

Binəqədidə yanğın olub

Bakıda yanğın faktı qeydə alınıb. 

Son.az-a FHN-dən verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları və talvara bitişik ümumi sahəsi 40 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Məlumata görə, köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.