Bakıda güclü külək bir ağacı kökündən çıxardı, 15 ağacın budaqlarını sındırdı (FOTO)


Digərləri 05 Yan 2019 10:03:00 455 0

Bakıda güclü külək bir ağacı kökündən çıxardı, 15 ağacın budaqlarını sındırdı (FOTO)

Bakıda ötən gün axşam saatlarından başlayan güclü külək nəticəsində indiyədək şəhərin müxtəlif yerlərində 16 ağac aşma hadisəsi baş verib.

Bakı. İlhamə İsabalayeva - Bakıda ötən gün axşam saatlarından başlayan güclü külək nəticəsində indiyədək şəhərin müxtəlif yerlərində 16 ağac aşma hadisəsi baş verib. Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi və Yasamal rayonlarında qeydə alınıb.