Tramp ABŞ hərbçilərini bu ölkəyə göndərdi


Dünya 05 Yan 2019 09:17:00 464 0

Tramp ABŞ hərbçilərini bu ölkəyə göndərdi

Konqoda vəziyyətin kəskinləşməsi fonunda ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Tramp qonşu Qabona 80-ə yaxın hərbçi göndərib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Konqresin rəhbərliyinə ünvanladığı və Ağ Ev tərəfindən yayılan məktubda deyilir.

"Təxminən 80 hərbçinin yerləşdirilməsi Konqo Demokratik Respublikasında dekabrın 30-da keçirilmiş seçkilərlə əlaqədar orada başlaya və zorakılıqla müşayiət oluna biləcək nümayişlərə cavabdır. Hərbi kontingentin birinci hissəsi Qabona yanvarın 2-də zəruri silahlarla və hərbi aviasiyanın dəstəyi ilə gəlib", - Donald Tramp yazıb.