Çinin yük gəmisi qəzaya uğradı:


Dünya 05 Yan 2019 09:08:01 431 0

Çinin yük gəmisi qəzaya uğradı:

Çinin yük gəmisi Cənubi Çin dənizində qəzaya uğrayıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "China Daily" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Nanşa adaları ərazisində baş verib. Qəza nəticəsində gəmi heyətinin 3 üzvü itkin düşüb.

Cənubi Quandun vilayətinin Dənizdə Təhlükəsizliyin Təmin Edilməsi İdarəsinin məlumatında bildirilir ki, daha 8 nəfəri xilas etmək mümkün olub. Hakimiyyət orqanları bundan ötrü əraziyə sahil mühafizəsinin 13 patrul katerini göndəriblər. Katerlər itmiş dənizçilərin axtarışını davam etdirir.