"Ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edə bilərik"


Dünya 05 Yan 2019 08:40:00 492 0

"Ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edə bilərik"

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-Meksika sərhədinin inşasına maliyyə ayrılması məqədilə Konqresin razılığından yan keçmək üçün ölkədə fövqəladə vəziyyət rejimini tətbiq edə bilər.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə o, Ağ Evin bağında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Amerika liderindən onun qanunvericilərin razılığı olmadan divarın tikintisinə pul ayrılması üçün ölkədə fövqəladə vəziyyətin tətbiq olunması imkanlarını nəzərdən keçirib-keçirməməsi soruşulub. "Əgər istəsəm, bunu edə bilərəm. Mən bunu etmədim", - deyə dövlət başçısı qeyd edib.

"Biz ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edə bilərik və onu (divarı-red) tez inşa edərik", - deyə Vaşinqton administrasiyasının rəhbəri bildirib.