Çili hakimiyyəti ölkədəki partlayış hadisəsini terror aktı adlandırıb


Dünya 05 Yan 2019 08:34:00 280 0

Çili hakimiyyəti ölkədəki partlayış hadisəsini terror aktı adlandırıb

Çili hakimiyyəti Santyaqo-de-Çillidə, avtobus dayanacağında törədilmiş partlayışa terror aktı kimi baxır.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Andres Çedvik bildirib.

"Mən artıq terror aktı olan hücumda günahkar olanlarla bağlı bəyanat təqdim etmişəm", - deyə o, "24 Horas" telekanalının efirində bildirib.

Qeyd edək ki, Çilidə avtobus dayanacağında partlayış törədilib. Hadisə Santyaqoda qeydə alınıb. Partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur.