Tramp demokratların onun impiçmentinə çalışmalarının səbəbini açıqlayıb


Dünya 05 Yan 2019 08:20:00 273 0

Tramp demokratların onun impiçmentinə çalışmalarının səbəbini açıqlayıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, demokratlar onun impiçmentinə ancaq 2020-ci ildə keçiriləcək seçkilərə görə - "hansılar ki, onlar qalib gəlməyəcək" - nail olmağa çalışırlar.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti özünün "Twitter"dəki səhifəsində yazıb.

"Onlar impiçmentə nail olmaq istəyirlər. Çünki bilirlər ki, 2020-ci ildə qalib gələ bilməyəcəklər, çox böyük uğurdur!", - deyə Tramp yazıb.