Timuçin Hacıbəylinin xatirələri Fransada çap olunacaq FOTO


Dünya 05 Yan 2019 08:10:00 248 0

Timuçin Hacıbəylinin xatirələri Fransada çap olunacaq  FOTO

Azərbaycan Demokratik Cumhuriyyətinin yaradıcılarından olan Ceyhun Hacıbəylinin varisi Timuçin Hacıbəylinin xatirələri çapa hazırlanır.

Son.az "Report"a istinadən bildirir ki, T.Hacıbəylinin xatirələri Strasburqda "Kəpəz" nəşriyyat evində çap ediləcək.

Fransız dilində çap olunacaq kitab "La vie des migrants" ("Mühacirlərin həyatı"-red) adlanır. Kitabda Fransada mühacir həyatı yaşayan T.Hacıbəylinin qəriblikdəki çətinlikləri, çətinliklərin öhdəsindən gəlmək üçün iradəsinin, təhsil və dərin düşüncəsinin hesabına əldə etdiyi nailiyyətlər, habelə həyatının digər acılı və şirin anlarını əks etdirən digər xatirələri yer alıb.

Ceyhun Hacıbəylinin ailəsinin 1962-ci ilə kimi Azərbaycan ilə əlaqəsi olmayıb. Bu, onu çox məyus edib. O, qardaşı Üzeyir ilə çox yaxın olub. Lakin Azərbaycan SSRİ-nin tabeliyində olduğundan iki qardaş bir-biri ilə əlaqə saxlaya bilməyib. Bütün bunlar T.Hacıbəylinin həyatında dərin izlər buraxıb.


Xəbərə aid fotolar