Xəbər çarxları hazırlayan süni intellekt təqdim olunub


Digərləri 05 Yan 2019 08:11:00 221 0

Xəbər çarxları hazırlayan süni intellekt təqdim olunub

"Alibaba" və Çinin "Xinhua" xəbərlər agentliyi qısa videoçarxlar düzəldə bilən süni intellekt hazırlayıblar.   Son.az ICTnews-a istinadən bildirir ki, yeni platforma informasiyanı avtomatik emal edə və sosial şəbəkələr üçün qısa videoçarxlar hazırlaya bilər. Hələ ki bu funksiyalar yalnız maliyyə xəbərləri üçün əlçatandır, ancaq gələcəkdə platformanın köməyi ilə başqa mövzularda da çarxlar düzəltmək mümkün olacaq.   Bundan başqa sözügedən platforma məlumatları avtomatik toplaya və  informasiyanın hazır təhlilini jurnalistlərə təqdim edə biləcək. Son.az