ABŞ Qabona 80ə yaxın hərbçi göndərib


Dünya 05 Yan 2019 08:17:00 239 0

ABŞ Qabona 80ə yaxın hərbçi göndərib

ABŞ Konqoda vəziyyətin kəskinləşməsi fonunda Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün qonşu Qabona 80-ə yaxın hərbçi göndərib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Konqresin rəhbərliyinə ünvanladığı və Ağ Ev tərəfindən yayılan məktubda deyilir.

"Təxminən 80 hərbçinin yerləşdirilməsi Konqo Demokratik Respublikasında dekabrın 30-da keçirilmiş seçkilərlə əlaqədar orada başlaya və zorakılıqla müşayiət oluna biləcək nümayişlərə cavabdır. Hərbi kontingentin birinci hissəsi Qabona yanvarın 2-də zəruri silahlarla və hərbi aviasiyanın dəstəyi ilə gəlib", - deyə Tramp yazıb.