Android TVli Philips 4K hazırlanıb


Digərləri 05 Yan 2019 07:31:00 231 0

Android TVli Philips 4K hazırlanıb

Yaxın günlərdə Las-Veqasda keçiriləcək "CES 2019" istehlak elektronikası sərgisində ən yeni "Philips 4K" televizorları nümayiş olunacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, söhbət "Philips 4K UHD Android TV 5704" və "Philips 4K UHD Android TV 5904" seriyalı televizorlardan gedir. Qurğuların adından belə məlum olur ki, onlar "Android TV" (Android 8.0 Oreo əməliyyat sistemi bazasında) platformasının idarəetməsi ilə işləyirlər. "HDR 10" texnologiyasını dəstəkləyən modellərin təsvir ölçüsü 3840 × 2160 piksel təşkil edir.

Bildirilir ki, quraşdırılmış mikrofonlar sayəsində istifadəçilər "Google Assistant" intellektual səsli köməkçi funksiyasından yararlana biləcəklər. Bundan əlavə, "Google Play" əlavələr mağazası və müxtəlif servislərdən istifadə nəzərdə tutulub.