“Bizim həyət” layihəsi çərçivəsində Qaradağda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)


Digərləri 05 Yan 2019 05:58:00 189 0

“Bizim həyət” layihəsi çərçivəsində Qaradağda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.

Bakı. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir. Yanvarın 4-də “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Qaradağ rayonu, Sahil qəs. M.Seyidov küç.13,16, Ə.Gülbabayev küç. 14,16,18,20 ünvanlarında 4000 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir. “Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 25600 m² sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə 3 ədəd uşaq oyun, 460 m² - mini futbol, 140m² - idman-fitnes, 35 m2 şahmat meydançaları salınıb, 3 ədəd səyyar kitab şkafları, 350 nəfərlik xeyir-şər evi və 6 ədəd söhbətgah tikilib. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.