İtaliyada 1,2 milyondan çox insan qripə yoluxub


Dünya 04 Yan 2019 23:01:00 210 0

İtaliyada 1,2 milyondan çox insan qripə yoluxub

İtaliya Ali Səhiyyə İnstitutu ölkədə 1,2 milyondan çox vətəndaşın qripə yoluxması haqqında məlumat yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 17-dən 23-dək qripdən müayinə edilənlərin sayı təxminən 225 min nəfərədək artıb. Daha çox qripə yoluxanlar 5 yaşınadək uşaqlar olub. Əhali arasında orta hesabla hər 1000 nəfərdən 11-i qripə yoluxub.