ƏrRiyadda ilk əyləncə kompleksi açılacaq


Digərləri 04 Yan 2019 22:31:00 221 0

ƏrRiyadda ilk əyləncə kompleksi açılacaq

Ər-Riyadda ilk əyləncə kompleksi açılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda məlumat Səudiyyənin əyləncə layihələri şirkəti tərəfindən yayılıb. Səudiyyə Ərəbistanın paytaxtında Şərq dairəvi yolu üzərində yerləşən ilk əyləncə kompleksinin sahəsi təqribən 100 min kvadratmetrdir. Müasir metodlar əsasında layihələşdirilmiş kompleks müxtəlif əyləncə obyektlərini əhatə edir.

Şirkətin direktorlar şurasının sədri Abdulla bin Nasir əl-Daud bildirib ki, bütün ölkə ərazisində yaradılması nəzərdə tutulan əyləncə kompleksləri müasir dizaynı ilə fərqlənəcək. Burada idman tədbirləri və əyləncə şouları keçirilməsi üçün açıq məkanlar, çoxsaylı restoranlar, kafe, kinoteatr və digər obyektlər olacaq. Direktorlar şurasının sədrinin sözlərinə görə, bu komplekslər asudə vaxtın səmərəli keçirilməsi, idman və incəsənət məşğələləri, müxtəlif mədəni və idman tədbirlərinin keçirilməsi üçün ideal məkana çevriləcək.