Yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib


Digərləri 04 Yan 2019 22:16:00 235 0

Yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

Kürdəmir rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan 4 otaqlı mənzilin 1 otağının tavanı 15 m² sahədə və çardağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.