Gürcüstanda QİÇSə yoluxmuş 109 uşaqdan 27si ölüb


Dünya 04 Yan 2019 22:03:00 333 0

Gürcüstanda QİÇSə yoluxmuş 109 uşaqdan 27si ölüb

Gürcüstanda QİÇS-ə yoluxma halları artıb. 2018-ci ildə 672 nəfər QİÇS-ə yoluxub. Bu, 2017-ci illə müqayisədə 41 nəfər çoxdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci il dekabrın 31-nə olan məlumata görə, ölkədə 7434 QİÇS-ə yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxanların 5564 nəfəri kişi, 1870 nəfəri isə qadındır. Onların böyük əksəriyyəti 29-39 yaş qrupuna daxil olan insanlardır.

Mərkəzdən bildiriblər ki, 3989 xəstədə QİÇS-in inkişafı qeydə alınıb, 1515 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

Qurumun məlumatına görə, HİV infeksiyasına yoluxma hallarının 39,9 faizi narkotik vasitələrdən istifadə nəticəsində, 46,4 faizi isə heteroseksual əlaqə vasitəsilə yayılıb.