BurkinoFasoda etnik qruplar arasında toqquşmalar zamanı onlarla insan həlak olub


Dünya 04 Yan 2019 21:42:00 231 0

BurkinoFasoda etnik qruplar arasında toqquşmalar zamanı onlarla insan həlak olub

Burkino-Fasoda çərşənbə axçamından başlayan etnik toqquşmalar zamanı onlarla insan həlak olub.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə yerli "Faso" agentliyi məlumat yayıb.

Ölkə hökumətinin rəsmi nümayəndəsi Rem Dandjinin açıqlamasına görə, toqquşmalar nəticəsində 46 nəfər ölüb.

Qarşıdurma naməlum şəxslərin çərşənbə axşamı ölkənin şimalında Mosi qəbiləsinin yaşadığı kəndə hücumundan sonra başlayıb. Yerli sakinlər buna cavab olaraq Fulbe etnik qrupunun yaşadığı əraziyə hücum edərək, onları hücumçuları gizlətməkdə ittiham ediblər.