Ramos 800-ə çatdı


İdman 04 Yan 2019 21:28:00 310 0

Ramos 800-ə çatdı

Real İspaniya La Liqasının 17-ci turundan təxirə salınmış oyunda səfərdə Villarreal-la qollu bərabərə qalıb - 2:2.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşma “kral klubu”nun kapitanı Serxio Ramos üçün əlamətdar olub. İspan müdafiəçi karyerası ərzində 800-cü matçına çıxıb.

2004-cü ildə peşəkar karyerasına Sevilla-da başlayan 32 yaşlı müdafiəçi, Əndəlüs təmsilçisiylə 50 oyunda iştirak edib. 2005-ci ildə Real-a keçən Ramos, Madrid təmsilçisiylə 589 rəsmi qarşılaşmada forma geyinib.

2005-ci ildə İspaniya millisində debüt edən kapitan, yığmada 161 oyun keçirib.