Gürcüstanda uşaqlar məcburi qaydada peyvənd olunacaqlar


Dünya 04 Yan 2019 21:18:00 248 0

Gürcüstanda uşaqlar məcburi qaydada peyvənd olunacaqlar

Son vaxtlar Gürcüstanda qrip və digər yoluxucu xəstəliklərin artması, xüsusən də uşaqlar arasında bu xəstəliklərin sürətlə yayılması hökuməti daha sərt addımlar atmağa vadar edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hökumətin qərarına əsasən Gürcüstanda uşaqlar məcburi qaydada peyvənd olunacaqlar. Uşaqların peyvəndləməsinə yanvarın ilk günlərindən başlanılıb.

Qeyd edək ki, bununla əlaqədar qanun 2018-ci ilin payızında qəbul olunsa da, qeyri-müəyyən səbəblərdən icra edilmirdi. Daha əvvəl isə uşaqlar könüllülük prinsipi əsasında, valideynlərin arzusu ilə peyvənd olunurdular.