İspaniya kinematoqrafı prokatdan 100 milyon avrodan çox gəlir götürüb


Digərləri 04 Yan 2019 21:00:00 453 0

İspaniya kinematoqrafı prokatdan 100 milyon avrodan çox gəlir götürüb

İspaniya Mədəniyyət Nazirliyinin ilkin proqnozlarına görə, 2018-ci ildə İspaniya filmlərinin kassa yığımı 100 milyon avrodan çox olacaq. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, onu göstərir ki, prokatda belə bir məbləği böyük büdcəli filmlər çəkmədən, yaxud Hollivud ulduzlarını cəlb etmədən də toplamaq mümkündür. Məsələn, ispan rejissoru Xavyer Fesserin ictimaiyyəti komediya janrı ilə maraqlandırmaq bacarığı onun ispan kinolentlərinin beşillik uğurunu davam etdirən "Çempionlar" adlı filminə böyük şöhrət qazandırıb. Ötən il 19,5 milyon avrodan çox gəlir gətirən "Çempionlar" filmi "Goya Awards" milli kino mükafatının favoritidir. Bu film 11 nominasiyada mükafata təqdim edilib.

Rejissor Xavyer Ruis Kalderanın "Superlopes" filmi mövsümün digər ən gəlirli filmidir. İspaniyada kinoafişalardan hələ də düşməyən bu film təkcə istirahət günləri 400 min avrodan çox gəlir gətirir.