Ötən il 48 tələbəyə təhsil krediti verilib


Digərləri 04 Yan 2019 20:53:46 466 0

Ötən il 48 tələbəyə təhsil krediti verilib

2018-ci ildə "Maarifçi" Tələbə Kredit Fondu universitetlər tərəfindən təqdim olunmuş yerlərin sayına əsasən, seçim meyarlarına uyğun gələn 48 tələbə ilə təhsil krediti müqaviləsi imzalayıb.

Son.az bildirir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci ildə xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) məqsədi ilə 3366 müraciət daxil olub. Əvvəlki illərdən icrası başa çatdırılmayan müraciətlər də daxil olmaqla, cari ildə ümumilikdə 3269 sənədin icrası yekunlaşdırılıb. Onlardan 2365 müraciət müsbət cavablandırılıb.

Hazırda ümumilikdə 535 nəfər azərbaycanlı tələbə ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən təhsil alır.