Bakı metrosunda sərnişin öldü


Digərləri 04 Yan 2019 20:57:06 218 0

Bakı metrosunda sərnişin öldü

Bakı metropolitenində ölüm hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Həzi Aslanov" stansiyasından hərəkət edən qatarda şəxsiyyəti hələlik məlum olmayan kişinin halı qəfil pisləşib. Həmin şəxs "Ulduz" stansiyasında sərnişinlərin köməyilə qatardan düşürülüb. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qafqazinfo-ya açıqlamasında ölüm faktını təsdiqləyib.

Həmin şəxsin kimliyi dəqiqləşdirildikdən sonra məlumat veriləcək.