Azərbaycanlı mühacir Fransada dolanmağın asan yolunu tapdı


Kriminal 04 Yan 2019 19:40:00 563 0

Azərbaycanlı mühacir Fransada dolanmağın asan yolunu tapdı

Azərbaycandan gəlmiş 30 yaşlı miqrant Fransada irimiqyaslı dələduzluq əməli törədib - ikinci əl avtomobillərin qanunsuz dövriyyəsini təşkil edib. Hazırda işbaz miqrantın 100 qurbanının adı müəyyənləşdirilib, lakin müstəntiqlər bildirirlər ki, onların sayı daha çox ola bilər.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, gənc azərbaycanlı Tuluza şəhərinə 2010-cu ildə gəlib. Onun fransız dilini öyrənmək və iş tapmaq cəhdləri boşa çıxıb.

"İş axtarıb, lakin tapa bilməyib. Yaşamağa pulu olmadığı üçün yerli sakinlə tanış olub və onun köməyi ilə avtomobil ticarətinə girişib", - Tuluza məhkəməsində vəkil Qay Debüsson deyib.

Azərbaycanlı miqrant yerli "Le Bon Coin" elanlar saytında tapdığı ikinci əl avtomobilləri alaraq, xüsusi aparat vasitəsilə onların getdiyi məsafə göstəricisini dəyişərək maşınları "yeniləyib" və satmağa başlayıb. Qısa müddət ərzində o, kifayət qədər iri məbləğdə pul toplayıb, lakin dələduzluğunun üstü açılıb.