Samuxda tarix müəlliməsini qaçıranların məhkəməsi başlayır


Digərləri 04 Yan 2019 19:20:00 266 0

Samuxda tarix müəlliməsini qaçıranların məhkəməsi başlayır

Gəncə Ağır Cinayətlər Məhkəməsində adam qaçırmaqda təqsirli bilinən mütəşəkkil dəstənin məhkəməsi başlayır.

Son.az ölkə.az-a istinadən məlumatına görə, Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinən Muradov Mirəsgər Mirsaab oğlu, Muradov Kamil Mirsayad oğlu və Muradov Mirhüseyn Mirqafar oğlunun məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 9-da hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Abbasova Bəyim Qurban qızı tanınıb. Belə ki, Samux rayonunun Qarayeri kənd sakini Mirəsgər Muradov evlənmək məqsədi ilə Bəyim Abbasovanı qaçırdıb. Bu işdə ona qohumları Kamil və Mirhüseyn kömək edib. Ancaq bu izdivaca razılıq verməyən Bəyim Abbasovanın valideyinləri Samux Rayon Polis Şöbəsinə şikayət ediblər. Bundan sonra adları çəkilən hər üç şəxs təqsirləndirilən şəxs qismində həbs ediliblər.