Tovuzda top mərmisi tapılıb (FOTO)


Digərləri 04 Yan 2019 18:52:00 237 0

Tovuzda top mərmisi tapılıb (FOTO)

Tovuzda 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub.

Bakı. Tovuzda 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 13:56-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, Əlibəyli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.