“Dərman verib öldürüblər” Bayram günü dəvətsiz gələn “qonaqlar” evləri


Kriminal 04 Yan 2019 18:43:00 250 0

“Dərman verib öldürüblər”  Bayram günü dəvətsiz gələn “qonaqlar” evləri

Tovuzda bayram günlərində silsilə oğurluqlar qeydə alınıb.

Son.az ARB TV-yə nistinadən xəbər verir ki, naməlum şəxslər evlərə qanunsuz daxil olaraq vətəndaşlara maddi ziyan vurublar. Yazgül İsmayılova - zərəçəkən: "Dörd tərəfimdə oğurluq olunub. Hələ də tapılmayıb, heç kim kömək etmir. Oğrunu tapıb cəza verilməlidi. Kimdir bu oğurluğu edən?" Bayram günlərində qohum-qonşularına qonaq gedən Tovuz sakinləri geri qayıtdıqda evlərinin qarət olunduğunu görüblər. Belə hallara daha çox rayon mərkəzində rast gəlinib. Çağırılmamış qonaqlar şəhərin Nəriman Nərimanov küçəsində 3 evdən oğurluq ediblər. Gecə saatlarında həyətlərə və evlərə girən "qəhrəmanlar" müxtəlif məbləğlərdə pul, toyuq, cücə, hind quşu aparıblar. Yazgül İsmayılova - zərəçəkən: "5 dənə canavar kimi itim vardı. Dərman verib onları öldürüb, evimi oğurladılar. Evimin qapısını sındırıb giriblər, 150 cücəmi aparıblar. Polisə müraciət etdim ki, mənim işimə düzgün baxılsın". Zərərçəkən: "Qapı qıfıllı idi, dəmir salıb burublar. Qıfılı əyib, qapını açıb qıfılı yerə atıblar. Buradan çıxanda gözümlə gördüm". Baş verən hadisələrlə bağlı Tovuz Rayon Polis Şöbəsinə məlumat verilib. Araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar