Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün xəbər var


Digərləri 04 Yan 2019 18:49:00 502 0

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün xəbər var

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə elektron sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) Son.az-a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 19 yanvar tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 4 yanvar tarixində başlayıb və 19 yanvar tarixində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegComkeçidinə daxil olmaq lazımdır.