Narkoloji Mərkəzdəki yanğınla bağlı məhkəmə təxirə salındı


Digərləri 04 Yan 2019 18:27:00 409 0

Narkoloji Mərkəzdəki yanğınla bağlı məhkəmə təxirə salındı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, məhkəmə kollegiyasının üzvü Əhməd Quliyev səhhətində problem olduğu üçün prosesdə iştirak edə bilmir.

Bu səbəbdən məhkəmə iclası yanvarın 8-dək təxirə salınıb.