Firudin Qurbanov bir qrup tələbə ilə görüşüb


Digərləri 04 Yan 2019 18:23:00 241 0

Firudin Qurbanov bir qrup tələbə ilə görüşüb

Tələbələrin arzu və istəkləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, F.Qurbanov onların suallarını cavablandırıb.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov universitetin Tələbə Həmkarlar, Tələbə Gənclər Təşkilatının fəalları, eyni zamanda, müxtəlif dərnəkləri, idman və intellektual komandaları təmsil edən tələbələrlə görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, F.Qurbanov ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasından, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bunun Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirilməsindən bəhs edib. F.Qurbanov ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, bu sahədə həyata keçirilən çoxsaylı dövlət proqramlarından danışıb, vətənə, dövlətə sədaqətlə xidmətin və milli-mənəvi dəyərlərə hörmətin önəmini xüsusi vurğulayıb.