Sirk tamaşaçıları üçün yaş həddini 18dək artırmaq təklif edilir


Dünya 04 Yan 2019 18:04:00 227 0

Sirk tamaşaçıları üçün yaş həddini 18dək artırmaq təklif edilir

Rusiyanın Leninqrad vilayətinin Qanunverici məclisinin deputatı Vladimir Petrov sirk tamaşaçıları üçün yaş həddini 18-dək artırmağı təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, deputat müvafiq müraciəti mədəniyyət naziri Vladimir Medinskiyə göndərib.

V.Petrov bildirib ki, müasir dünyada heyvanlarla, xüsusilə də kütlə qarşısında nümayişlər zamanı insaflı davranmaq təbliğ olunur: "Artıq İspaniyada öküzlərin ölümü ilə başa çatan korrida döyüşlərindən tədricən imtina olunur".