Gürcüstan Milli Bankı ABBnin ləğvi prosesinin başa çatdığını elan edib


Digərləri 04 Yan 2019 17:32:00 288 0

Gürcüstan Milli Bankı ABBnin ləğvi prosesinin başa çatdığını elan edib

Gürcüstan Milli Bankı (GMB) Azərbaycan Beynəlxalq Bankının Gürcüstan filialının ("ABB-Gürcüstan") ləğv olunması prosesinin başa çatdığını elan edib və onun bank olmayan kredit təşkilatına çevrilməsinə razılıq verib.

Son.az report-a istinadən xəbər verir ki, GMB-nin vitse-prezidenti Arçil Mestvirişvilinin sərəncamı ilə bankın GMB-də açılmış və ləğv olunmuş hesabları bağlanmalı və reyestrdən çıxarılmalıdır.

Yanvarın 8-də sərəncam sahibkar və qeyri-sahibkar hüquqi şəxslərin reyestrinə təqdim olunacaq.

Qeyd edək ki, bank ləğv prosesinə müstəqil şəkildə başlayıb və portfelinin 100 000 lariyə (təxminən 65 min manat) azalmasından sonra GMB-yə müraciət edib. Qeyd edək ki, hazırda hesablarda müştərilərin tələb olunmayan vəsaitləri qalıb.