Quba sakininin zirzəmisində narkotik aşkarlanıb


Digərləri 04 Yan 2019 17:38:37 172 0

Quba sakininin zirzəmisində narkotik aşkarlanıb

Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, yanvarın 3-də daxil olmuş məlumat əsasında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Zizik kənd sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Fəxrəddin Şəfiyev saxlanılıb. RPŞ-nin əməkdaşları tərəfindən Fəxrəddin Şəfiyev üzərinə keçirilən şəxsi baxış zamanı ondan 3 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Bu zaman F.Şəfiyevə məxsus evin zirzəmisindən sellofan torbadan ümumi çəkisi 440 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.