Keşlə I Divizion klubu ilə qarşılaşacaq


İdman 04 Yan 2019 16:52:00 357 0

Keşlə I Divizion klubu ilə qarşılaşacaq

“Keşlə” komandasının qış fasiləsində yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib.

Goal.az klubun mətbuat xidmətin istinadən xəbər verir ki, yanvarın 5-də Bakıda təlim-məşq toplanışına başlayacaq Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv 4 gün sonra I Divizion təmsilçisi “Qaradağ-Lökbatan”la qarşılaşacaq.

Matçın Türk Hava Yolları Futbol Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Keşlə” yanvarın 12-də Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaq. Orada iki həftə ərzində 4 oyunun keçirilməsi nəzərdə tutulub. Paytaxt təmsilçisi yanvarın 17-də Qazaxıstan “Okjetpes”i, 23-də Rumıniya “Konkordiya”sı, 25-də isə Rusiya "Çertanovo"su ilə qarşılaşacaq. Yanvarın 20-də nəzərdə tutulan oyundakı rəqib hələ məlum deyil.