Qaradağda abad həyət sakinlərin istifadəsinə verilib FOTO


Digərləri 04 Yan 2019 16:42:00 320 0

Qaradağda abad həyət sakinlərin istifadəsinə verilib  FOTO

Qaradağ rayonunun Sahil qəsəbəsində IDEA İctimai Birliyinin təşkilatçılığı və Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

Son.az xəbər verir ki, icra hakimiyyətindən Trend-ə verilən məlumata görə, istifadəyə verilmiş növbəti abad məhəllədə Sahil qəsəbəsi, Ə.Qülbabayev 14, 16, 18 və M.Seyidov 13, 16 N-li binaların qarşısında yerləşir.

IDEA İctimai Birliyinin nümayəndələri və məktəblilər tədbir zamanı keçirilmiş kütləvi ağacəkmə aksiyasında iştirak ediblər.

"Bizim həyət" layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib.

"Bizim həyət" layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 2.5 hektar sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol və basketbol meydançası və idman alətlərindən ibarət meydança salınıb.

Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələri, sağlamlıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarını səmərəli keçirməsidir.